Xüsüsi Təkliflər

tour picture
Aralıq Dənizi Kruizi
24 may 2024
1159 $ / bir nəfər
tour picture
Şarm Əl Şeyx
4 may 2024
399 $ / bir nəfər
map picture

HAQQIMIZDA

Hörmətli, xanımlar və cənablar!

Siz “A Lines” ilə səyahət dünyasını kəşf edirsiniz.

“A Lines” gənc turizm şirkəti olmasına baxmayaraq, ən yaxşılar sırasında xüsusi yer tutur.

Turizm sənayesində çoxillik təcrübəmiz və səyahət sevgimiz, bizi “A Lines” peşəkarlarından ibarət komandada birləşdirdi.

Geniş çeşidli xidmətlər, hər bir sərnişinə fərdi yanaşma şirkətin əsas siyasətidir.

“A Lines travel” Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) tərəfindən sertifikatlaşdırılmış şirkətdir.

Biz turizmdə birinci olmağa çalışmırıq - Sizin üçün ən yaxşısı olmağa çalışırıq!

Siz səyahət tarixini seçin - Biz sizin üçün unudulmaz səyahət təşkil edək.

Niyə məhz A Lines?

24/7 xidmət

Gülərüz və peşəkar komanda

Hər sərnişinə individual və kreativ yanaşma

Bizə ilk dəfə müraciət edən hər bir şəxs xoş təəssürat va təşəkkür ilə geri dönüş edərək daimi müştərimiz olur!

Dünyanı birlikdə kəşf edək

tour picture
Popular
Müalicəvi turlar
27 may 2024
1329 $ / bir nəfər

Vətəni qarış – qarış gəzək

tour picture
Qızılqaya Zirvəsinə yürüş
Quba, Xınalıq
tour picture
Alpinizm-Qayadırmanma Təlimi
Bibiheybət, Səbail rayonu
tour picture
Buğurd Qalasına yürüş
Şamaxı

Sizin ideal səyahətiniz burada, bizimlə başlayır.

Xaricdə turların təşkilini, ölkəmizin gözəlliklərinin kəşf edilməsini və iş görüşlərinin, tədbirlərin təşkilinə qədər, gözləntilərinizi asan və unudulmaz təəssüratlar yaradacaq anları yaratmaqda ixtisaslaşmışıq

İstər beynəlxalq səyahət, istərsə də işgüzar səfərlər olsun, sizə xüsusi xidmət və bənzərsiz təcrübələr vəd edirik.

happy tourists

Dünyanı bizim ilə kəşf edin. Unudulmaz macəralardan rahat kurort istirahətlərinə qədər hər bir hissi yaşadacayıq. Başlanğıcdan sona qədər qayğısız bir səyahət sizlərə təmin edirik.

Ölkəmizin gözəlliyini və müxtəlifliyini kəşf edin. Yerli turlarımız unikal marşrutlar və heyecanverici təcrübələr təklif edir, sizə tanınmış və gizli xəzinələri araşdırmaq imkanı verir.

İş tədbirinizi istisnai bir təcrübəyə çevirin. Biz, konfranslar və korporativ tədbirlər üçün iş görüşlərinin təşkili xidmətlərinin tam spektrini təqdim edirik, peşəkarlıq və detallara diqqəti təmin edirik.

Artefakt Ovçuları

artifact image
Xilə məzarlığı

Xiləlilərin etnogenezi haqqında müxtəlif versiyalara rast gəlmişəm və sözün açığı məsələ ilə bağlı demək olar ki, elə də dərindən maraqlanmamışam ( bəzi mənbələr Xiləlilərin ərəb, bəziləri tat bəziləri isə türk olduqları haqqında məlumat verir). Lakin hər dəfə Qobustan (Mərəzə) istiqamətində yeni abidələrin, əsasən də Türk tayfa damğalarının axtarışına çıxanda, Xiləlilərlə bağlı toponimlərə ( Xilmilli, Xilə dağı, Xilə məzarlığı ) rast gəlirdim və yerli sakinlərin bir zamanlar həmin ərazidə Xiləlilərin yaşadığı haqqında qısa məlumata qulaq şahidliyi edirdim. Xilmilli ərazisində dəfələrlə olsam da, yaxınlığında Xilə dağının mövcudluğu haqqında məlumatım olmamışdır. Təssadüfən səfərlərin birində abidə axtararaq Xilə dağının ətəyində olduğumuzu bilmişəm ( https://m.facebook.com/story.php?story_fbid=pfbid024Yum9vhxM8p9jzzyd5jNZem26RmL1SeeCR5iJPBSq49BfQhh6zHypDJRnQ1yYvcCl&id=100001982964039&refid=52&__tn__=%2As-R ) Məs elə o dağın yaxınlığında yerləşən qədim şəhər yerini, ətrafı oymalı daşlarla səpələnmiş nəhəng kurqanı və Xilə dağının üzərindəki tikilinin ( Çox güman ki, Qala olub ) əlamətlərini aşkar etdikdən sonra Xilə tayfasının böyük və çox əhəmiyyətli tayfa olduğu qənaitinə gəlmişəm. Və inanırdım ki, “Xilə” tayfası ilə bağlı növbəti ziyarət edəcəyim məkan ( Xilə qəbirstanlığı ) Xiləlilərin etnogenezi məsələsinə aydınlıq gətirə bilər. Lakin gördüyüm mənzərə aydınlıq yox, məsələyə bir başa öz Damğasını vurdu! ​Beləliklə “Xilə qəbirstanlığı”-nda məzar daşlarının üzərində 6 müxtəlif "⊤ ᛉ ᛣ ψ ⋔ ᛄ" və təkrarlanan damğa aşkar olundu. Damğaların 5-i haqqında müəllifi çoxhörmətli Араз Курбанов müəllim olan, çox dəyərli “Damğalar, rəmzlər...mənimsəmələr” adlı əsərə istinad edilir ( Azərbaycan ərazisində aşkar olunan damğaların tədqiqi üçün ən etibarlı vəsaitdir). 1) ⊤- "Baltalı", çəkic, kərki, təbər, sakar (ikiağızlı balta). Noqaylarda saraylar tayfasını bildirir. Qazax-Naymanlarda «şuquş nayman» (çəkic nayman). Tevârih-i Âl-i Selçuk əsərində isə Oğuzun Çəbni boyuna məxsus damğa kimi göstərilir. 2)​ ᛉ-"Baqanalı", baytörə, üstün, başkan, baxan, bakan; 3) ᛣ- “Qazayaq”​4,5) ψ⋔- "Daraqlı", "Xan damğası" 6) ᛄ - "Alman runları" içərisində bənzər simvol mövcuddur. ᛉψ- Böyük Hun dövlətinin bayrağını bəzəyən bu işarə ortaq türk damğaları təsnifatında «Baytərək» (Törə/nəsil dirəyi) adlanır və ilkin olaraq, Aşağı Dünyanı (Ruhlar Aləmini), Orta Dünyanı və Göyü - Tenqri xan məkanını birləşdirən Müqəddəs Ağac anlamını vermişdir. Altaylardan Şərqi Avropayadək uzanan geniş bir ərazidəki qədim və orta əsr türk dövlətlərinin və tayfalarının - kimer, saka/skif, sarmat, Hun, Xəzər, Avar, Qızıl Orda dövlətlərinin, Çingiz xanının imperiyasının, Eldəgiz, Səfəvi və Osmanlı xanədanlarının, Krım xanlığının, oğuz və qıpçaq boylarının və s. damğa işarələrində onun «daraq damğa», «xan damğası», «quşlu damğa», «baltavar» (iltəbər, eltəbər), «ikibaşlı qartal» və s. adlar altında müxtəlif forma və variantlarına rast gələ bilərik.​İrsimizi tanıyaq və qoruyaq! Mənbə: (https://ebooks.az/book_beV05ksB.html)

Artifact

Qoçdaş fiqurları (Azərbaycan, Lerik)

Azərbaycan millətinin mədəni irsinin ayrılmaz hissəsindən biri də, Azərbaycanlıların əcdadları - tərəfindən uzun əsrlər əvvəl, daşdan düzəldilmiş qoç fiqurlu xatirə abidələridir. Qəbrin üzərində ucaldılmış qoç daş heykəli rifah, güc, nüfus və mərdlik rəmzi kimi xidmət edirdi. Bundan əlavə, qoç təsviri bir növ amulet rolunu oynayırdı. Daş qoçların üzərində bəzən yazılar,bəzən silah sursat, bəzən çöl keçisi, maral təsvirləri, bəzi hallarda isə bu heyvanlar üçün ov səhnələri. Bu abidələrin əhəmiyyətli hissəsi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində - Kəlbəcər, Laçın, Zəngəlan, Qubadlı və Cəbrayıl rayonlarında yerləşirdi, lakin böyük bir hissəsi dağıdılıb, bəziləri isə ərazidən çıxarılaraq başqa xalqların mədəni irsi kimi dünyaya təqdim olunur. Qeyd etmək lazımdır ki, qoç daş fiqurlarına Azərbaycandan başqa Türkiyə, İran, Gürcüstan, Ermənistan, Qazaxıstan və Rusiyanın Xakasiya və Altay respublikaları ərazilərində rast gəlinir. Cənubi Qafqazda bu abidələrin Azərbaycan millətinin Mədəni irsi olduğunu təstiq edən ən əsas amillərdən biri odur ki, sözügedən abidələrin mühüm bir hissəsi İrəvan Xanlığı ( müasir Ermənistan ) və Gürcüstanın Azərbaycanlıların kompakt yaşadığı Borçalı mahalı ərazisində yerləşir. Qoç heykəlləri formasındakı məzar daşları qədim zamanlardan məlum olsa da, 15-ci əsrdən Azərbaycan ərazisində güclü Qara-Qoyunlu və Ak-Qoyunlu türk dövlətlərinin yaranması ilə əlaqədar onların sayı kəskin şəkildə artır. Bu qəbilə birliklərinin bayraqlarında müvafiq olaraq ağ və qara qoçlar təsvir edilmişdir. Təssüflər olsun ki, Millətimizin mədəni irsi olan bu zoomorfik abidələr 90-cı illərdə qonşu ölkələr İran və ermənistan tərəfindən yayılan şayələr nəticəsində, güya ki, Qoç daşların boyun hissəsinə qızıl yerləşdirilib, 100-lərlə abidə məhv edilib və ölkədən çıxarılıb. Məqsəd sözügedən abidələrin kökünü kəsmək olub. Buna baxmayaraq hələ də Qoçdaş fiqurları tapılmaqdadır, əsasən də Azərbaycanın Cənub bölgələrində. Son zamanlar, Millətimizin pasportu hesab edilən bu abidələrin aktuallığının itirilməməsi istiqamətində bir sıra alim və fəallarımız tərəfindən çox mühüm işlər həyata keçirilib. Beləki Elbrus Fərman oğlu Məmmədovun layihəsi çərçivəsində BDU-unun arxeologiya və etnoqrafiya kafedrasının dosenti, tarix üzrə fəlsəfə Doktoru Kərəm Hətəmoğlu Məmmədli Müəllimin elmi redaktoru olduğu "Mədəni və tarixi irs, Borçalı Abidələri" əsəri işıq üzü görmüşdü. Bundan əlavə "Artefakt Ovçuları" vətəndaş təşəbbüsü qrupu sözügedən abidələrin fotofiksasisya və qeydiyyatı istiqamətində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional idarəsinin əməkdaşları ilə birgə ( Babek Bekirov, Yusif Huseynov Elsever Meherremov Eflatun Isayev Can Azerbajcan Valeh Zohrabov Sebreli Musayev Mehman Imanov ) mühüm işlər görülür. Qeyd etmək lazımdır ki, son bir neçə ayda Salyan Regional İdarəsinin Cəlilabad, Yardımlı və Lerik üzrə Baş mütəxəssisləri tərəfindən 10-larla yeni Qoçdaş fiqurları aşkar edilib və həmin abidələrin qeydiyyatı istiqamətində müvafiq işlər həyata keçirilib.

Artifact
Daş Babalar

Vətənimiz özünün qədim tarixi ilə zəngindir və müxtəlif mədəniyyət təbəqələri baxımından çox unikaldır. Qobustan petroqliflərindən başlayaraq saysız-hesabsız kurqanlar, Qafqaz Albaniyası dövrünə aid xristian məbədləri, döyüşkən tayfaların yadigarı olan zoomorf fiqurlar (Qoçdaş və Atdaş), türk tayfa Damğaları və müsəlman memarlığı abidələri, bizə zəngin tarix və mədəniyyətə malik xalq olduğumuzu xatırladır. Xalqımızın mədəniyyətinin mühüm nümunələrindən biri də Ağdam, Ağdərə, Astara, Bərdə, Tərtər və Şamaxı ərazisindən tapılmış antropomorf daş fiqurlarıdır. Ərazimizdə aşkar olunan nümunələr Orta Asiya və Sibir ərazisində yerləşən analoji abidlərədən fərqli olaraq daha qədim dövrlərə aid edilir. Buna sübut isə, Qarabağ ərazisində tapılan daş fiqurların, İtaliyanın keçmişdə Etruskların yaşayış arealına daxil olan Liquriya regionunda aşkar olunan antropomorf fiqurlarla, demək olar ki, eynilik təşkil etməsidir.... P.S. Azərbaycanın zoomorf fiqurları kimi, Daş babalar da, daha dərindən tədqiq olunma və qorunması baxımından xüsusi diqqətə layiqdirlər. https://www.gettyimages.com/photos/lunigiana